Hikmət Hacıyev Tehranda forumda iştirak edir
13:48 18.05.2025
0
0
0
NAXÇIVAN :
18 May 2025, Bazar
XX əsrin sonlarında ermənilərin Azərbaycan torpaqlarına ardı arası kəsilməyən hücumları davam edirdi. “Qarabağ”da vətənin bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər Azərbaycanın dilbər guşəsi olan Naxçıvana da təsirsiz ötüşməyib. İgidlər oylağı Naxçıvan özünün igid oğulları ilə birgə düşmən təcavüzünün, düşmən təxribatının qarşısını almaq üçün səfərbər olmuşdular. Naxçıvan igidləri vətənin müdafiəsinə qalxaraq igidlik göstərmişdir. Sədərək istiqamətindən ağır silahlar və döyüş texnikası ilə hücuma keçən düşmən Azərbaycan əsgərlərinin və yerli əhalinin ciddi müqaviməti ilə rastlaşdı. Həmin gün qeyri bərabər döyüşdə, Sədərəkdə 19-20 yaşlı gənclər qəhrəmanlıq tarixi yazdılar. Naxçıvandan bir qarış belə torpaq ermənilərə verilmədi. Qəhrəmanlıq göstərənlərdən biri də Fərhad Səyyad oğlu Mirzəyevdir.
Fərhad Mirzəyev 1972-ci il oktyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində anadan olmuşdur. Fərhad 1978-ci ildə Şərur rayon Məmməd Əsgərov adına Püsyan kənd orta mətkəbinin 1-ci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbi bitirdikdən sonra 1990-cı ildə vətənin odlar içində yandığı dövürdə öz vətən borcunu yerinə yetirmək üçün ordu sıralarına daxil olmuşdur. “N” saylı hərbi hissədə hərbi xidmətə başlayan Fərhad, keçilməz qala Sədərəkdə gedən döyüşlərdə öz döyüş yoldaşları ilə birlikdə qəhrəmancasına vuruşurdu. Vətənpərvərliyi, cəsarəti və əzmkarlığı ilə komandirlərinin və yoldaşlarının böyük rəğbətini qazanmışdı. Düşmənə bir qarış torpaq verməkdənsə öz şirin canlarını verən vətənin qeyrətli oğullarından biri də Fərhaddır.
Fərhad Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda gedən döyüşlərdə düşmən təxribatının qarşısını alarkən 1992- ci il may ayının 18-də qəhrəmancasına şəhid olmuşdur. Erməni təcavüzü nəticəsində şəhid olanların bir neçəsinin cəsədi düşmənlə yaxın təmas xəttində qalmışdı. Ümummilli Lider Heydər Əliyevin beynəlxalq səviyyədə apardığı danışıqlar nəticəsində həmin döyüşçülərin nəşi götürülərək şəhidlər xiyabanında dəfn edilib. Şəhid Mirzəyev Fərhad Səyyad oğlununda nəşi Naxçıvan şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.
Səfər Əliyev
AMEA Naxçıvan Bölməsinin Əməkdaşı
Digər xəbərlər