Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti y...
19:43 13.02.2026
0
0
0
Hazırda Naxçıvan Muxtar Respublikasında 1 rəsm qalereyası və 28 müxtəlif profilli muzey fəaliyyət göstərir. Bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 130 minə yaxın eksponat toplanılıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Məmməd Hüseynli “Şərq qapısı”na açıqlamasında bildirib ki, muzey fondlarının mütəmadi zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır: “Ötən il muxtar respublikanın muzeylərinə 1199 yeni eksponat daxil olub. Cari ilin 11 ayında isə muzeylərimiz 2948 yeni eksponatla zənginləşdirilib, qeyd olunan tarix üzrə 333 mindən çox insan tərəfindən muzeylərimiz ziyarət olunub. Muzey eksponatları isə müxtəlif xalqların mədəniyyətində baş verən hadisələrin və proseslərin əyani göstəricisidir. Həmçinin onlar tarixi dövrlər arasında əlaqə rolunu oynayır, keçmişdən müasir zamana inteqrasiya edirlər”.
Zəhra VƏLİYEVA
Digər xəbərlər