NAXÇIVAN :

24 Oktyabr 2026, Şənbə

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb

...

Cəlilabad rayonunda yerləşən Zəvvar ovçuluq təsərrüfatında güclü yanğın başlayıb.

"Şərq qapısı" xəbər verir ki, bir neçə saatdır davam edən yanğın təsərrüfatın mərkəzi hissəsində, magistral yolun kənarında yerləşən ərazidə müşahidə olunur.

Hazırda hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, Zəvvar ovçuluq təsərrüfatı Mahmudçala ovçuluq təsərrüfatının yaxınlığında yerləşir. Ərazinin böyük hissəsi payız və qış mövsümlərində yağıntılar nəticəsində su altında qalır. Bu isə yanğınsöndürənlərin ərazidə hərəkətini və yanğına müdaxiləni xeyli çətinləşdirir.

Yanğının başvermə səbəbi və əhatə etdiyi ərazi barədə hələlik məlumat yoxdur.

Nəşr edilib : 23.10.2026 14:54