Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər bar...
16:22 08.11.2026
0
0
0
NAXÇIVAN :
08 Noyabr 2026, Bazar
Cənubi Afrika Respublikasının (CAR) nüfuzlu “EdnewsAfrica” müstəqil media platformasında ölkənin tanınmış jurnalisti Zingisa Mkhumanın müəllifliyi ilə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş məqalə dərc edilib.
Azərbaycanın CAR-dakı səfirliyindən bildirilib ki, “Qələbə, Suverenlik və Milli Yaddaşın Gücü: Azərbaycanın noyabr bayramları nə üçün önəmlidir” sərlövhəli yazıda bu tarixlərin milli kimliyin, birliyin və dövlət suverenliyinin möhkəmlənməsindəki əhəmiyyəti diqqətə çatdırılıb.
Məqalədə Ermənistanın hərbi təcavüzü, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbə, Şuşanın azad edilməsi və 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpası barədə məlumat verilib. Müəllif, həmçinin Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin ölkənin güclənməsindəki rolunu vurğulayıb.
Yazıda üçrəngli Dövlət Bayrağının Xankəndidə, Şuşada və digər doğma torpaqlarda dalğalanmasının milli birliyin və suverenliyin rəmzi olduğu qeyd edilib. Azərbaycanın noyabr bayramlarının beynəlxalq səviyyədə tanıdılması kontekstində Pretoriyada ölkəmizin səfirliyi tərəfindən təşkil olunan rəsmi qəbul və fotosərgiyə də diqqət çəkilib.
Müəllif Azərbaycanın postmünaqişə dövründə bərpa və quruculuq işlərinə, eləcə də regional sülh təşəbbüslərinə diqqət yetirdiyini bildirərək, Zəfər Günü və Dövlət Bayrağı Gününün müstəqilliyin və suverenliyin qorunmasının vacibliyini nümayiş etdirdiyini vurğulayıb.
Digər xəbərlər