NAXÇIVAN :

20 May 2025, Çərşənbə axşamı

Cevdet Yılmaz: Azərbaycanla qardaşlıq və müttəfiqlik münasibətlərimizi daha da dərinləşdirəcəyik

...

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Şərq qapısı" xəbər verir ki, Prezident Külliyəsində baş tutan görüşdə Türkiyə-Azərbaycan münasibətlərinin nail olduğu qardaşlıq və müttəfiqlik səviyyəsinin daha da artması üçün atılan konkret addımlar və regionda baş verənləri müzakirə etdik.

“Ədalət Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyətinə səmimi və konstruktiv yanaşmalarına görə təşəkkür edirəm. Qardaş Azərbaycanla,"bir millət, iki dövlət" anlayışı ilə davam etdiyimiz güclü əməkdaşlığı qarşılıqlı etimad və qardaşlıq çərçivəsində dərinləşdirməyə davam edəcəyik”,- deyə Cevdet Yılmaz əlavə edib.

Qeyd edək ki, Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

Nəşr edilib : 20.05.2025 18:09