NAXÇIVAN :

25 May 2025, Bazar

Ceyhun Bayramov: Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı hörmətə əsaslanır

...

Azərbaycan-Ukrayna münasibətləri strateji dostluq münasibətləridir və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini hər zaman tanıyıb.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
“Azərbaycan torpaqları işğal altında olanda Ukrayna da bizim ərazi bütövlüyümüzü tanıyıb”, - deyən nazir parlamentlərarası əlaqələrimizin yüksək səviyyədə olmasını sevindirici hal kimi qiymətləndirib.

Nəşr edilib : 25.05.2025 14:12