NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Ceyhun Bayramov: Azərbaycanda moldovalı tələbələrin təhsili əməkdaşlığın vacib istiqamətidir

...

2025-2026-cı tədris ili üzrə Azərbaycanda bakalavr və magistratura səviyyələrində Moldovadan olan tələbələr təhsil alırlar. Tələbə mübadiləsi ölkələrimiz arasında əməkdaşlığın mühüm elementlərindən biri hesab olunur.

"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə keçirilən brifinqdə səsləndirib.

Nazir, həmçinin qeyd edib ki, 2023-cü ildən etibarən Bakı ilə Kişineu arasında birbaşa uçuşların başlanması qarşılıqlı əlaqələrin genişlənməsinə, eləcə də iqtisadi sahədə əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verir.

Nəşr edilib : 06.03.2026 13:43