NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Ceyhun Bayramov BƏƏ XİN rəhbəri ilə regional vəziyyəti müzakirə edib

...

29 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.

"Şərq qapısı" xəbər verir ki, XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Nəşr edilib : 30.01.2026 12:40