NAXÇIVAN :

26 Oktyabr 2026, Bazar ertəsi

Ceyhun Bayramov: Hazırda Qarabağda iki Niderland şirkəti fəaliyyət göstərir

...

Niderland su ehtiyatlarının idarə olunması sahəsində dünyada qabaqcıl mövqelərdən birini tutur. Bu sahədə Azərbaycan və Niderland arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov niderlandlı həmkarı Tom Berendsenlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Abşeron yarımadasında 12 gölün təmizlənməsi planlaşdırılır. Bu prosesdə Niderlandın təcrübəsindən və müvafiq şirkətlərinin imkanlarından yararlanmaq istərdik.

Hazırda Qarabağda iki Niderland şirkəti fəaliyyət göstərir. Gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını istisna etmirik”, - deyə nazir bildirib.

Nəşr edilib : 26.10.2026 13:55