NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Ceyhun Bayramov: Hazırda TDT çərçivəsində 35-ə yaxın əməkdaşlıq sahəsi mövcuddur

...

Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlığın yeni istiqamətləri ardıcıl şəkildə genişləndirilir. Hazırda təşkilat çərçivəsində 35-ə yaxın əməkdaşlıq sahəsi mövcuddur. Bu sahələr üzrə həm ikitərəfli, həm də çoxtərəfli əsasda mühüm layihələr həyata keçirilir.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hərbçilərinin birgə təlimlərinin keçirilməsi ümumi müdafiə potensialının gücləndirilməsinə xidmət edir. “Gələn il də bu cür təlimlər keçirilməsi mümkündür. Bu təlimlərdə Türk Dövlətləri Təşkilatına üzv olmayan tərəfdaş ölkələrin də iştirakı mümkün ola bilər”, - deyə Azərbaycanın xarici işlər naziri vurğulayıb.

Nəşr edilib : 26.12.2025 16:51