Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
Xarici İşlər Naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində İtaliya Parlamentinin Deputatlar Palatasının Prezidenti Lorenzo Fontana ilə görüşüb.
“Şərq qapısı” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.
Bildirilib ki, görüş Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq barədə fikir mübadiləsi aparmaq, siyasi dialoqun dinamik inkişafını müzakirə etmək və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi yollarını araşdırmaq üçün fürsət yaradıb.
Hər iki tərəf ortaq maraqların və regional sabitliyin dəstəklənməsi üçün enerji, ticarət, mədəni və humanitar sahələrdə davamlı əməkdaşlığın vacibliyini vurğulayıb.
Digər xəbərlər