NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb - YENİLƏNİB

...

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib və çıxış edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial media hesabında paylaşım edib.

Qeyd olunub ki, nazir qlobal geosiyasi parçalanmanın genişləndiyi və davam edən münaqişələrin fonunda regional əməkdaşlığın artan əhəmiyyətini vurğulayıb.

Qəbələ Zirvə görüşündə yaradılan və 2026-cı ilin mart ayında İstanbulda daha da işlək mexanizmə çevrilən "OTS+" formatı ilə yanaşı, XİN başçılarının mütəmadi qeyri-rəsmi görüşlərinin inklüziv və strateji tərəfdaşlıqların inkişafına xidmət edən mühüm vasitə olduğu qeyd edilib.

11:57

Bu gün Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək.

"Şərq qapısı" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, iclas TDT-nin 7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilmiş 12-ci Zirvə toplantısında qəbul edilən "xarici işlər nazirlərinin daha tez-tez bir araya gəlməsi" qərarına uyğun olaraq təşkil olunacaq.

İclasda Türk dünyasının xarici siyasət üzrə koordinasiyası, Qəzza və İran kontekstində regional məsələlər, eləcə də Türkiyənin ilin ikinci yarısında üzərinə götürəcəyi TDT Dövr Sədrliyi prosesi müzakirə olunacaq.

Nəşr edilib : 18.04.2026 18:02