Özünəqulluq qabiliyyəti olmayan 700-dən çox əlilli...
15:00 26.10.2026
0
0
0
Gələn il Azərbaycan–Niderland münasibətləri baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkələrimiz arasında əməkdaşlığın qurulmasının 35-ci ildönümü qeyd olunacaq. Yol Xəritəsinin qəbulunu ikitərəfli münasibətlərin inkişafı istiqamətində mühüm irəliləyiş kimi qiymətləndiririk.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov niderlandlı həmkarı Tom Berendsenlə birgə keçirdiyi mətbuat konfransında danışıb.
“Hazırda ölkələrimiz arasında 11 saziş mövcuddur, daha 4 saziş üzrə isə iş aparılır. 2025-ci ildə Azərbaycan və Niderland arasında ticarət dövriyyəsi 325 milyon ABŞ dolları təşkil edib. Bununla belə, bu göstərici mövcud potensialı tam əks etdirmir.
Qarşılıqlı investisiyalara gəlincə, Azərbaycanın Niderlanda investisiyalarının həcmi 3 milyard ABŞ dolları, Niderlandın Azərbaycana yatırdığı investisiyaların həcmi isə 1,6 milyard ABŞ dolları təşkil edir”, - deyə nazir əlavə edib.
O, həmçinin qeyd edib ki, Azərbaycanda Niderland mənşəli 150-dən çox şirkət qeydiyyatdan keçib.
Digər xəbərlər