NAXÇIVAN :

19 Avqust 2026, Çərşənbə

Çində 5,9 bal gücündə zəlzələ baş verib

...

Çinin şimalındakı Çinqhay əyalətində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

"Şərq qapısı" xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntının olub-olmaması barədə məlumat verilməyib.

Nəşr edilib : 19.08.2026 02:45