NAXÇIVAN :

17 Noyabr 2026, Çərşənbə axşamı

COP31 çərçivəsində “Antalya Okeanlar və Dənizlər Razılaşması” əldə olunub

...

Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində okean və dənizlərin mühafizəsi, iqlim dəyişmələrinin təsirlərinin azaldılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan “Antalya Okeanlar və Dənizlər Razılaşması” əldə olunub.
“Şərq qapısı” xəbər verir ki, sənəd okean əsaslı iqlim təşəbbüslərinin həyata keçirilməsini sürətləndirməyi, maliyyə imkanlarına çıxışı yaxşılaşdırmağı və ölkələr arasında əməkdaşlığı genişləndirməyi hədəfləyir.
Razılaşmada okeanların istiləşməsi, çirklənmə, dəniz səviyyəsinin yüksəlməsi və biomüxtəlifliyin azalmasının yaratdığı risklərə diqqət çəkilir. Bu problemlərin aradan qaldırılması üçün dəniz ekosistemlərinin qorunması, elmi tədqiqatların və erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi vacibliyi vurğulanır.
Sənəddə, həmçinin 2030-cu ilədək sahilyanı və dəniz ərazilərinin azı 30 faizinin mühafizəsini nəzərdə tutan “30x30” təşəbbüsünə dəstək ifadə olunur. Razılaşma mövcud beynəlxalq təşəbbüslərin əlaqələndirilməsini və iqlim maliyyələşməsinə çıxışın asanlaşdırılmasını da nəzərdə tutur.

Nəşr edilib : 17.11.2026 18:55