Muxtar Babayev: Azərbaycan COP31-i güclü və etibar...
21:37 05.09.2026
0
0
0
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan milli komandası uğurla çıxış edib.
“Şərq qapısı” xəbər verir ki, fərdi yarışların son günündə yığmamız 1 qızıl və 2 bürünc medal qazanıb.
Süleyman Şükürov (-90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Finala qədər Fransa, Moldova, Ukrayna və Rusiya idmançılarını məğlub edən cüdoçumuz həlledici görüşdə almaniyalı Konstantin Disteli ipponla üstələyib. Bu, idmançımızın karyerasında gənclər arasında ikinci Avropa çempionluğu olub.
Davud Namazlı (-100 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc medal qazanıblar. Təmsilçilərimiz üçüncü yer uğrunda görüşlərdə müvafiq olaraq Niderland idmançısı Leonhard Fransensə və yerli cüdoçu Stefan Koviniçə qalib gəliblər.
Xatırladaq ki, ilk yarış günündə Ayxan Mirzəzadə (-60 kq) və Məhəmməd Musayev (-66 kq) Avropa çempionu adını qazanmışdılar.
Qeyd edək ki, ümumilikdə, milli komandamız gənclər arasında Avropa çempionatını 3 qızıl və 2 bürünc medalla başa vurub. Yığmamız 44 ölkə arasında ümumi komanda hesabında ikinci, oğlanların mübarizəsində isə birinci yeri tutub.
Digər xəbərlər