NAXÇIVAN :

13 Fevral 2026, Cümə

Culfa rayonu ərazisində yerləşən Ləkətağ yaylağında əhaliyə yerində tibbi xidmət göstərilib

...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Culfa rayonu ərazisində yerləşən Ləkətağ yaylağında əhaliyə yerində tibbi xidmət göstərilib. Tədbir çərçivəsində müxtəlif sahələr üzrə geniş müayinələr təşkil olunmuş, sakinlərin sağlamlıq vəziyyətinin dəqiqliklə qiymətləndirilməsi təmin edilib.

Həmçinin zəruri dərman vasitələri ilə təmin edilərək əhalinin sağlamlıq problemlərinin vaxtında həllinə dəstək göstərilibdir. Nazirlik tərəfindən bu kimi aksiyaların əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq və sağlamlıq səviyyəsini yüksəltmək məqsədilə davamlı olaraq həyata keçirilməsi planlaşdırılır.

Tibbi xidmətlərlə yanaşı, əhali ilə maarifləndirici söhbətlər aparılıb, sağlam həyat tərzi və xəstəliklərin profilaktikası barədə geniş məlumatlar verilib.

Nəşr edilib : 11.08.2025 15:40