NAXÇIVAN :

26 Iyun 2026, Cümə

Culfa şəhərində baş verən yanğın zamanı ana və oğlu xəsarət alıb

...

"Şərq qapısı" xəbər verir ki, yanğın nəticəsində xəsarət alan ana 2004-cü il təvəllüdlü Zeynalova Fidan Dünyamin qızı və onun övladı 2023-cü il təvəllüdlü Zeynalov Emil Cəfər oğlu əvvəlcə Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. 
Vəziyyətlərinin ağır olduğu bildirilir. 
Qeyd edək ki, hadisə şəhərdəki beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 11.06.2026 13:42