Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna yekun ...
20:06 19.04.2026
0
0
0
Culfa rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində, “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” devizi altında ekoloji bilik yarışı keçirilib.
Yarışda Culfa rayon ümumi təhsil müəssisələrini təmsil edən 8 komanda mübarizə aparıb. Culfa rayon Camaldın kənd tam orta məktəbinin “Təbiət keşikçiləri” komandası ən yüksək nəticəni göstərərək 1-ci yerin qalibi olub və yarışın Əsasnaməsinə uyğun olaraq final mərhələsinə adlayıb.
Qeyd edək ki, Naxçıvan şəhəri və rayonlar üzrə keçirilən yarışlarda qalib olan komandalar yekunda Naxçıvan Muxtar Respublikası üzrə final mərhələsində biliklərini sınayacaqlar.
Digər xəbərlər