NAXÇIVAN :

09 May 2025, Cümə

Daha bir Naxçıvan məktəblisi respublika fənn olimpiadasında qalib oldu

...

Fənn olimpiadasının riyaziyyat fənni üzrə  qalibləri elan edilib. 
Olimpiadanın Bakı şəhərində keçirilən final mərhələsində  iştirak edən  Naxçıvan şəhər Afiyyəddin Cəliov adına 12 nömrəli tam orta məktəbin  XI sinif şagirdi Oruc Heydərov riyaziyyat fənni üzrə III yerin qalibi olub. 
Qeyd edək ki, Oruc Heydərov Dövlət İmtahan Mərkəzi tərəfindən XI siniflər üzrə keçirilən buraxılış imtahanında da yüksək nəticə göstərərək  281,2 bal toplayıb.
Məlumat üçün bildirək ki, respublika fənn olimpiadasında cari tədris ilində  şagirdlərimiz tərəfindən qazanılan III medaldır.

Nəşr edilib : 09.05.2025 14:32