Rusiyanın genetik bioresursları milli məlumat baza...
01:13 12.08.2026
0
0
0
2026/2027-ci tədris ili üzrə doktoranturaya qəbul zamanı xarici dil imtahanından azad olunmaq üçün beynəlxalq dil sertifikatları təqdim edən namizədlərin arayışları Dövlət İmtahan Mərkəzinin (DİM) “Elektron xidmətlər” bölməsində yerləşdirilib.
Mərkəzdən bildirilib ki, bu il doktoranturaya qəbul prosesində namizədlər tərəfindən imtahan nəticələrinin keçid balına ekvivalentliyinin müəyyən edilməsi məqsədilə DİM-ə ümumilikdə 176 beynəlxalq xarici dil sertifikatı təqdim olunub. Onlardan 164-ü müvafiq qaydada verifikasiya edilərək təsdiq edilib.
Qeyd olunub ki, doktoranturaya qəbul üzrə xarici dil imtahanında iştirak etmiş namizədlərin nəticələrinə dair arayışlar da yaxın günlərdə DİM-in “Elektron xidmətlər” bölməsində yerləşdiriləcək.
Digər xəbərlər