Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdir...
12:48 28.09.2026
0
0
0
NAXÇIVAN :
28 Sentyabr 2026, Bazar ertəsi
Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 29-da ölkədaxili sərnişin və yük daşımaları, həmçinin beynəlxalq yük daşımaları həyata keçirən sürücülər üçün növbəti test imtahanı keçirəcək.
DİM-dən bildirilib ki, imtahanda iştirak etmək üçün ümumilikdə 587 nəfər qeydiyyatdan keçib. İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50 -TÜRKPA-nın yanı) saat 11:00-da başlayacaq və 1 saat davam edəcək.
İştirakçılar imtahanı başa çatdırdıqdan və ya ayrılmış vaxt tamamlandıqdan sonra nəticələri ilə tanış ola biləcəklər. Nəticələr, həmçinin DİM-in internet saytında yerləşdiriləcək.
İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in elektron xidmətindən əldə edə bilərlər. Namizədlər imtahana şəxsiyyətini təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi” ilə gəlməlidirlər. Bu sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlərdə uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.
Ölkədaxili sərnişin və yük daşımaları həyata keçirən sürücülər üçün peşə fəaliyyəti və davranış qaydaları, iş və istirahət rejiminin xüsusiyyətləri, avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı təqdim olunacaq. Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülər 10 və daha çox, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər isə 15 və daha çox bal topladıqda imtahanı müvəffəqiyyətlə vermiş hesab olunurlar. Bu şəxslərə müvafiq şəhadətnamələr təqdim ediləcək.
İştirakçılar imtahanla bağlı “Yaddaş kitabçası” ilə DİM-in internet saytında tanış ola bilərlər.
Digər xəbərlər