NAXÇIVAN :

19 Aprel 2026, Bazar

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

...

Martın 20-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
⁠Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
⁠Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Nəşr edilib : 21.03.2026 10:16