NAXÇIVAN :

19 Aprel 2026, Bazar

DİN: Ötən gün 8 kiloqramdan çox narkotik vasitə və xeyli sayda silah-sursat aşkar edilib

...

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 23-də ümumi çəkisi 8,6 kiloqrama yaxın narkotik vasitə və 1000 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, martın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 20 tüfəng, 4 patron darağı və 119 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Nəşr edilib : 24.03.2026 11:20