Culfa rayonunda kanaldan meyit aşkarlanıb
15:36 02.05.2026
0
0
0
Ölkəmizdəki diplomatik korpusun nümayəndələri Şuşada Dövlət Xidmətləri Mərkəzində olublar.
"Şərq qapısı" xəbər verir ki, Mərkəzin yenidənqurma və təmiri işlərinə 2023-cü ilin mayında başlanılıb. Buradakı keçmiş poçt binasında və onun yerləşdiyi ərazidə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən əsaslı təmir işləri aparılıb, geniş yaşıllıq zonası salınıb.
Dördmərtəbəli binada “ASAN xidmət” və “DOST xidməti” mərkəzləri, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı) filialları fəaliyyət göstərir.
Dövlət Xidmətləri Mərkəzi əsaslı təmirdən sonra 2024-cü il iyulun 5-də Prezident İlham Əliyevin iştirakı ilə açılıb.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfər ediblər.
Digər xəbərlər