NAXÇIVAN :

24 Oktyabr 2026, Şənbə

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

...

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda (əsas fəaliyyəti elektrik enerjisinin istehsalı olmayan müəssisələr nəzərə alınmadan) 20 milyard 29,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz azdır.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, hesabat dövründə istehsal olunan elektrik enerjisinin 19 milyard 452,5 milyon kilovat-saatı əmtəəlik məhsulun payına düşüb ki, bu da ötən illə müqayisədə 9,5 faiz azdır.

Hesabata əsasən, külək elektrik stansiyalarından istehsal 27,1 dəfə artaraq 841,3 milyon kilovat-saat, Günəş elektrik stansiyalarından istehsal 10,1 faiz artaraq 533,2 milyon kilovat-saat, su elektrik stansiyalarından istehsal isə 15 faiz artaraq 2 milyard 739,5 milyon kilovat-saat təşkil edib.

Nəşr edilib : 16.10.2026 12:20