Emal sənayesində məhsul istehsalı 2,7 faiz artıb...
14:05 12.08.2026
0
0
0
Ötən gün Cəlilabad rayonunun Maşlıq, Goranboyun Düzqışlaq, Oğuzun Yaqublu və İsmayıllının Qəzli kəndlərinin ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, araşdırmalar nəticəsində yanğınların həmin rayonların sakinləri - F. Zeynalov, Ə. Əliyev, A. Ağayev və M. Şükürov tərəfindən törədildiyi məlum olub.
Yanğın hadisələri nəticəsində ümumilikdə 9 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Digər xəbərlər