İnqilab Əhmədov: Rəqəmsal həllər idarəetmədə insan...
11:25 22.10.2026
0
0
0
NAXÇIVAN :
22 Oktyabr 2026, Cümə axşamı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışından 5 il ötür.
Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, 2021-ci il oktyabrın 22-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan mərkəz çoxşaxəli fəaliyyəti ilə seçilir və inklüziv cəmiyyətin inkişafına mühüm töhfə verir.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb.
Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan bu mərkəzdə əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar və digər həssas qruplara aid şəxslərin bacarıqlarının inkişafına, reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılır.
Mərkəzin İsmayıllı və Bərdədə DOST Evi filialları da fəaliyyət göstərir ki, həmin filalallarda müvafiq bölgələrdə yaşayan həssas qrupların yaradıcı potensialı inkişaf etdirilir.
Bu vaxtadək DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində və filiallarında 1106 benefisiara xidmət göstərilib və hazırda 380-dən çox benefisiar bacarıqlarını inkişaf etdirir
Ötən dövrdə mərkəz həssas kateqoriyalardan olan şəxslərin sosial-psixoloji reabilitasiya keçdiyi, özünə inamını bərpa etdiyi, cəmiyyətə inteqrasiya olunduğu və məşğulluq imkanlarını genişləndirdiyi unikal platformaya çevrilib. Bu məqsədə nail olmaq üçün 200-dən artıq tədbir və sosial təşəbbüslər reallaşdırılıb.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlimləri uğurla başa vuran 17 məzun mərkəzdə və filiallarında təlimçi və sosial agent kimi fəaliyyətə cəlb olunub, 20-dən çox məzun ölkəmizin aparıcı ali təhsil ocaqlarında ali təhsil alır. Mərkəzin benefisiar və təlimçilərindən 3 nəfəri Prezident mükafatçısıdır.
Həssas qruplardan olan müəlliflərin yaradıcılıq potensialının və əməyinin dəyərləndirilməsi məqsədilə mərkəzin dostart.az elektron satış portalı istifadəyə verilib. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işləri bir sıra nüfuzlu beynəlxalq tədbirlərdə də nümayiş etdirilib.
Digər xəbərlər