NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib

...

Martın 13-də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş stolüstü tennis birinciliyi keçirilib.
 "Şərq qapısı" xəbər verir ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda 26 iştirakçı qələbə uğrunda mübarizə aparıb.

Olimpiya sistemi əsasında keçirilən yarışın qalibi bütün görüşlərini üstünlüklə tamamlayan Gənclər və İdman Nazirliyinin əməkdaşı Səfa Mirzəyev olub. Onun finaldakı rəqibi Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Həsən Əliyev isə ikinci yerə sahib çıxıb. Üçüncü yer uğrunda görüşün qalibi isə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) əməkdaşı Elçin Ağayev olub.

İlk üç yerin sahiblərinə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom, medal və hədiyyələr təqdim olunub.

Nəşr edilib : 13.03.2026 15:28