NAXÇIVAN :

12 Avqust 2026, Çərşənbə

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb

...

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  verilən məlumata görə, DSX Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Rusiya Federasiyası istiqamətində 2 (iki) nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Makhlouf Houari və 1996-cı il təvəllüdlü Brahim Houari dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 

 

Nəşr edilib : 12.08.2026 12:40