NAXÇIVAN :

15 Sentyabr 2026, Çərşənbə axşamı

DSMF-nin 8 ay üzrə gəlir və xərcləri açıqlanıb

...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-avqust aylarında proqnozla müqayisədə 5 faiz və ya 264 milyon manat çox olmaqla 5 milyard 712 milyon manat təşkil edib.

DSMF-dən verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 265 milyon manat artaraq 4 milyard 559 milyon manat olub.

Yanvar-avqust aylarında DSMF-nin xərcləri isə 5 milyard 494 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 490 milyon manat çoxdur.

 

Nəşr edilib : 15.09.2026 12:21