NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi bürünc medal qazanıb

...

Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.
"Şərq qapısı" xəbər verir ki, ikinci yarış günündə 2 sərbəst güləşçimiz bürünc medal qazanıb.

Nurlan Ağazadə (70 kiloqram) debüt etdiyi mundialda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Həmyerlimiz həlledici görüşdə gürcüstanlı Qoqa Otinaşvilidən güclü olub – 4:0.

Yusif Dursunov (125 kiloqram) bürünc medal uğrunda qarşılaşmada fransalı Levan Laqvilavayla üz-üzə gəlib. Son saniyələrdə həlledici xalı alan güləşçimiz 2:1 hesablı qələbə ilə dünya üçüncüsü olub.

Nəşr edilib : 18.08.2025 22:31