NAXÇIVAN :

29 Iyul 2026, Çərşənbə

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

...

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Efiopiya hökumətinin başçısı "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşmək xoş oldu. Biz ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair məzmunlu danışıqlar apardıq, strateji tərəfdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə ortaq sadiqliyimizi təsdiqlədik", - Abiy Əhməd Əli yazıb.

Qeyd edək ki, Sahibə Qafarova hazırda Əddis-Əbəbədə (Efiopiya) rəsmi səfərdədir.

Nəşr edilib : 29.07.2026 14:43