NAXÇIVAN :

11 Sentyabr 2026, Cümə

Elçin Yusubov: Xankəndidə yeni tikililərin inşası üçün layihələndirmə işlərinə başlanılıb

...

Xankəndinin yeni Baş Planına uyğun olaraq yararsız tikililərin sökülməsi prosesi intensivləşib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusun nümayəndələrinə Xankəndidə aparılan bərpa və quruculuq işləri barədə məlumat verərkən bildirib.

Elçin Yusubov deyib ki, sökülən tikililərin yerində müasir tələblərə cavab verən yaşayış binalarının və yaşayış məhəllələrinin inşası ilə bağlı layihələndirmə işlərinə başlanılıb.

O qeyd edib ki, yaxın vaxtlarda şəhərdə müasir tikililərin inşasının şahidi olmaq mümkün olacaq.

Prezidentin xüsusi nümayəndəsi, həmçinin Xankəndidə dəmir yolu və avtovağzal kompleksinin tikintisinin regionun mühüm infrastruktur layihələrindən biri olduğunu vurğulayıb.

Nəşr edilib : 11.09.2026 13:40