Bu il “Son zəng” tədbiri iyun ayının 13-də keçiril...
20:04 21.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Əməyin mühafizəsi və texniki təhlükəsizlik normaları və qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbiri giriş sözü ilə Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadənin təşkili şöbəsinin müdiri Ramiz Rəsulov açaraq “Əməyin mühafizəsi, iş yerlərində əsas təhlükələr, riskə nəzarət tədbirləri və istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçotu” mövzusunda iştirakçılara məlumat verib.
Qeyd edib ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi iş yerində baş verə biləcək risklərin qarşısının alınması və təhlükəsiz əmək şəraitinin təmin olunmasına fayda verəcəkdir.
Daha sonra Maliyyə və təsərrüfat şöbəsinin, Texniki təminat və nəzarət sektorunun müdiri Rəsul Məmmədov “Yanğın profilaktikası və yanğınların söndürülməsi, Sağlamlıq üçün Təhlükəli Maddələrə Nəzarət (COSHH), iş yerində olan əsas təhlükələr və riskə nəzarət tədbirləri” mövzusunda çıxış edərək əməkdaşlar arasında əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində bilik və bacarıqların artırılması, istehsalat proseslərində təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasından danışıb.
Digər xəbərlər