NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Əmrah Nağıyev ikiqat ölkə çempionu olub

...

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Azərbaycan çempionatı keçirilib. 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, yarışda milli komandanın üzvləri də daxil olmaqla paytaxt klublarını, həmçinin Gəncə, İsmayıllı, Bərdə, Xızı və Ordubadı təmsil edən, ümumilikdə, 135 atlet mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışda “Ordubad” komandasının atletləri də iştirak ediblər. Komandanın üzvləri çempionatda uğurla çıxış edərək 2 qızıl və 2 gümüş medal qazanıblar.
Əmrah Nağıyev 3000 metr məsafəyə maneələrlə qaçışda və 5000 metr məsafədə bütün rəqiblərini geridə qoyaraq ikiqat çempion olub. Namiq Babayev isə 800 və 1500 metr məsafələrdə gümüş medal qazanaraq fəxri kürsünün ikinci pilləsində yer alıb.

Nəşr edilib : 15.06.2026 12:12