Xarici ekspertlərin Qarabağa səfərləri mühüm əhəmi...
20:00 26.06.2025
0
0
0
Quba rayonunun Səbətlər kəndində "Cherry Run" Təngəaltı Yarımmarafonu təşkil olunub.
Naxçıvan Muxtar Respublikasından yarışa qatılan atlet Əmrah Nağıyev 10 km məsafə üzrə bacarığı nümayiş etdirib. Təmsilçimiz bu məsafədə bütün rəqiblərini qabaqlayaraq birinci olub. İdmançıya medal və pul mükafatı təqdim olunub.
Xatırladaq ki, atletika üzrə sonuncu ölkə çempionatını da qalibiyyətlə tamamlayan Əmrah Nağıyev iyunun 24-də Sloveniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyətinə daxil edilib.
Digər xəbərlər