Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prez...
13:04 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Tarixi mənbələrin düzgün təhlili və onların obyektiv elmi metodologiya əsasında dəyərləndirilməsi sosial elmlərin əsas prinsiplərindən biridir. Bu yanaşma elmi biliklərin zənginləşməsinə xidmət edir.
Tarixi-mədəni irsin qorunması beynəlxalq hüququn və insan hüquqlarının ayrılmaz tərkib hissəsidir. Təəssüf ki, regionda baş verən münaqişələr nəticəsində mülki əhali zorakılığa məruz qalıb, minlərlə insanın hüquqları pozulub, genişmiqyaslı humanitar problemlər yaranıb.
"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz əlaqələri” mövzusunda konfransda deyib.
O bildirib ki, şəhər və kəndlərin infrastrukturu dağıdılıb, tarixi məzarlıqlar məhv edilib və ya ciddi zədələnib: “Həmin ərazilərdə mövcud olan mədəni irs nümunələrinin mənimsənilməsi ilə bağlı müxtəlif iddialar da irəli sürülür. Bu məsələlərin obyektiv şəkildə araşdırılması və qiymətləndirilməsi beynəlxalq elmi çərçivə əsasında həyata keçirilməlidir. Əqli mülkiyyət hüquqlarının müdafiəsi və hüquq pozuntularının qarşısının alınması Ombudsman Aparatının əsas fəaliyyət istiqamətlərindəndir.
İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış abidələrlə bağlı aparılan monitorinqlər zamanı vandalizm aktlarının törədildiyi müəyyən edilib. Bu hallar azərbaycanlılara qarşı nifrətin təzahürü kimi qiymətləndirilir və beynəlxalq qurumların adekvat reaksiya verməsi zəruridir.
Obyektivlik, elmi yanaşma və beynəlxalq hüquq prinsiplərinə riayət olunması mühüm əhəmiyyət daşıyır. Mədəni irsin qorunması və onun gələcək nəsillərə ötürülməsi ümumbəşəri vəzifədir”.
Digər xəbərlər