Həftəsonunadək gözlənilən hava şəraiti açıqlanıb...
15:37 19.08.2026
0
0
0
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə telefon danışığı aparıb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Ərdoğan Türkiyə olaraq İran ilə ABŞ arasında baş verən qarşıdurmanın həllinin yeganə yolunun danışıqlar olduğunu vurğulayıb. Prezident davamlı sülh və sabitliyin təmin olunması üçün diplomatik səylərin dəstəkləndiyini qeyd edib.
Liderlər, həmçinin Türkiyə-Yaponiya ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.
Digər xəbərlər