NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Ermənistan Prezidenti: Zəngəzur dəhlizi Cənubi Qafqazı logistik mərkəzə çevirəcək

...

Əminəm ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, eləcə də həyata keçiriləcək TRIPP (Zəngəzur dəhlizi) layihəsi Cənubi Qafqazı logistik mərkəzə çevirəcək.

"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Tbilisidə səfərdə olan Ermənistan Prezidenti Vaaqn Xaçaturyan gürcü həmkarı Mixail Kavelaşvili ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında söyləyib.

“Xalqlarımızın sosial rifahını təmin etmək bizim birgə məsuliyyətimizdir, biz Gürcüstan-Ermənistan münasibətlərinin daha da dərinləşməsi üçün səylərimizi əsirgəməyəcəyik”, - deyə V.Xaçaturyan vurğulayıb.

V.Xaçaturyan, həmçinin qeyd edib ki, Ermənistan BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının 17-ci Konfransına və 8-ci Avropa Vətəndaş Forumuna fəal şəkildə hazırlaşır.

Nəşr edilib : 19.11.2025 16:49