NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Ermənistanda Rusiya hərbi bazasının Gümrüdən çıxarılması tələbilə aksiya keçirilib

...

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının tamamilə çıxarılması tələbi ilə etiraz aksiyası keçirilir.
Bu barədə “Şərq qapısı” Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hərbi baza yaxınlığında keçirilən aksiyanı “Respublika naminə” Partiyası və onun tərəfdarları təşkil edib.
Etirazçılar Ermənistan hökumətindən Rusiya hərbi bazasının ölkə ərazisindən tamamilə çıxarılmasını tələb edirlər.

Nəşr edilib : 23.08.2025 19:36