NAXÇIVAN :

19 Oktyabr 2026, Bazar ertəsi

Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib

...

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən Avropada həyata keçirilən “Minasız dünya” beynəlxalq kampaniyası çərçivəsində növbəti fotoekspozisiya İtaliyanın paytaxtı Roma şəhərində təşkil olunub.
"Şərq qapısı" Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Avropa boyunca ardıcıl həyata keçirilən bu təşəbbüs Azərbaycanın mina problemi barədə beynəlxalq ictimaiyyətə ünvanlanan davamlı humanitar çağırışa çevrilib.
Ermənistan və Azərbaycan arasında müharibə başa çatsa da, işğal dövründə basdırılmış minaların dinc əhali üçün yaratdığı təhlükə davam edir və hər yeni mina qurbanı bu humanitar problem daha da aktuallaşdırır.
“Gilavar Foto Klubu” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir. Avropada keçirilən silsilə fotoekspozisiyalar həmin qrant layihəsi çərçivəsində həyata keçirilir.
Analoji fotoekspozisiya oktyabrın 5-də İsveçrənin Cenevrə şəhərində, oktyabrın 7-də Çexiyanın Brnoda şəhərində, oktyabrın 9-da Sloveniyanın Lyüblyana şəhərində, oktyabrın 11-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində, oktyabrın 13-də Xorvatiyanın Zaqreb şəhərində, oktyabrın 15-də Avstriyanın Salzburq şəhərində keçirilib.
Bu sərgilər Ermənistanın Azərbaycana qarşı mina müharibəsinin davam etdiyini, Azərbaycana hələ də dəqiq mina xəritələrinin təhvil verilmədiyini diqqətə çatdırıb.
“Gilavar” Foto Klubu Azərbaycanın QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.

Nəşr edilib : 18.10.2026 19:57