NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

Naxçıvanda əsas kapitala 156 milyon 722 min 700 manat investisiya yönəldilib

...

“Şərq qapısı” xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 156 milyon 722 min 700 manat investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 30,9 faiz çoxdur. İstifadə olunmuş investisiyanın 76 milyon 582 min 800 manatı və ya 48,9 faizi məhsul istehsalı sahələrinə, 20 milyon 107 min 600 manatı və ya 12,8 faizi xidmət sahələrinə, 60 milyon 32 min 300 manatı və ya 38,3 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.  Əsas kapitala yönəldilmiş investisiyaların 127 milyon 535 min 400 manatı və ya 81,4 faizi, bilavasitə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43,0 faiz çoxdur.

Nəşr edilib : 13.08.2026 15:51