Postmüharibə dövründə şəhid ailələri üzvləri və mü...
12:44 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Regional çağırışların artdığı bir dövrdə Azərbaycan–Türkiyə münasibətlərinin hərbi istiqamətdə daha da güclənməsi xüsusi önəm daşıyır. İki ölkə arasındakı əməkdaşlıq təkcə siyasi və iqtisadi sahələrdə deyil, təhlükəsizlik və müdafiə sahəsində də nümunəvi model yaradıb.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Şuşada Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumunda çıxış edən İsmayıl Qaspiralı Xarici Siyasət İnstitutunun direktoru Esma Özdaşlı bildirib.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri klassik beynəlxalq qonşuluq çərçivələrinin fövqünə çıxaraq, dostluq və qardaşlıq prinsipləri üzərində formalaşıb. Bu ideyanın təməli Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimizdir, kədəri kədərimizdir” ifadəsi və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı ilə möhkəmlənib.
Esma Özdaşlı qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra səslənən "Bir millət, iki dövlət, tək ordu" konsepti hərbi əməkdaşlığın yeni strateji mərhələyə keçdiyini göstərir. Qlobal gərginliklər fonunda Türkiyənin müdafiə sənayesinin güclənməsi və müasir silah sistemlərinin inkişaf etdirilməsi bölgə üçün önəmli amilə çevrilib. Türk SİHA-larının bir çox münaqişə bölgəsində uğurlu tətbiqi bu sahədə Türkiyənin qlobal mövqeyini daha da artırıb. Azərbaycan–Türkiyə münasibətlərinə bəzi Qərb dairələrinin fərqli yanaşmaları olsa da, iki ölkənin möhkəm əməkdaşlığı regionda sabitlik üçün müsbət nümunədir. Hər iki ölkənin müdafiə qabiliyyəti durmadan artır və bu proses tarixi bağlar, ortaq dəyərlər və güclü siyasi iradə ilə dəstəklənir.
Digər xəbərlər