Naxçıvanda “Zəkaların mübarizəsi” olimpiadasının b...
12:23 22.04.2026
0
0
0
Türkiyə Superkubokunun final oyunu başa çatıb.
"Şərq qapısı" xəbər verir ki, İstanbulda Atatürk Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında əzəli rəqiblər - "Qalatasaray"la "Fənərbağça" qarşılaşıb.
Halil Umut Melerin idarə etdiyi derbidən "sarı-qırmızılar" 0:2 hesablı məğlubiyyətlə ayrılıb. Qolları 28-ci dəqiqədə Matteo Guendouzi, 48-ci dəqiqədə Ceyden Ostervolde vurub.
Qeyd edək ki, yarımfinalda "Qalatasaray" "Trabzonspor"u, "Fənərbağça" isə "Samsunspor"u mübarizədən kənarlaşdırmışdı.
Digər xəbərlər