NAXÇIVAN :

03 Oktyabr 2026, Şənbə

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

...

"Turan Tovuz"la yoldaşlıq oyunu üçün Bakıya gələn Türkiyənin "Fənərbağça" komandası Azərbaycanla bağlı paylaşım edib.

"Şərq qapısı" xəbər verir ki, İstanbul təmsilçisinin sosial şəbəkə hesablarında Azərbaycan və Türkiyənin bayraqları paylaşılıb.

Paylaşımda, həmçinin "Salam, qardaş, Can Azərbaycan!" sözləri yazılıb.

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Turan Tovuz" - "Fənərbağça" matçı saat 20:00-da başlayacaq.

Nəşr edilib : 02.10.2026 23:39