Qay Bonvin : Azərbaycan regional iqtisadi inteqras...
11:53 08.09.2026
0
0
0
NAXÇIVAN :
08 Sentyabr 2026, Çərşənbə axşamı
Cənubi Qafqazın müasir reallıqlarının obyektiv qiymətləndirilməsi üçün regiona keçmiş stereotiplərdən kənar, onun özünəməxsus xüsusiyyətlərini nəzərə alan yanaşmanın formalaşdırılması vacibdir.
"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Sovet İttifaqının mövcud olduğu dövrdə Cənubi Qafqaz, o cümlədən Azərbaycanla bağlı araşdırmalar əsasən sovetşünasların yanaşmaları çərçivəsində aparılıb. Lakin Sovet İttifaqının dağılmasından artıq 30 ildən çox vaxt keçib və hazırda region ölkələrində tamamilə yeni nəsil formalaşıb.
"Bu nəsli Sovet İttifaqı və həmin dövrdə mövcud olmuş siyasi sistemlə birbaşa əlaqələndirmək mümkün deyil. Bu baxımdan, Cənubi Qafqaza artıq özünəməxsus xüsusiyyətləri olan müstəqil bir region kimi yanaşmağın vaxtı çatıb.
Cənubi Qafqazla bağlı yanaşmalarda bəzən “orientalist” baxışların təsiri də özünü göstərir. Xüsusilə Azərbaycana münasibətdə bu yanaşmaların müəyyən stereotiplərin formalaşmasına səbəb olduğu müşahidə edilir.
Avropa mediasında və akademik dairələrdə uzun müddət proerməni narrativlərinin üstünlük təşkil etməsi regionun reallıqlarının obyektiv şəkildə dərk edilməsinə təsir göstərib. Belə yanaşmalar Cənubi Qafqazın mürəkkəb siyasi və tarixi xüsusiyyətlərinin bütöv şəkildə öyrənilməsini çətinləşdirir", - deyə F.Şəfiyev bildirib.
BMTMM sədri vurğulayıb ki, beynəlxalq konfransın keçirilməsində əsas məqsədlərdən biri də Cənubi Qafqazın məhz bu prizmadan müzakirə olunmasına töhfə verməkdir.
Digər xəbərlər