NAXÇIVAN :

24 Oktyabr 2026, Şənbə

FHN-in Aran bölgəsindəki əməkdaşları tibbi müayinələrə cəlb olunublar

...

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzində əməkdaşların dispanser müayinələri təşkil olunub.
"Şərq qapısı" xəbər verir ki, oktyabrın 6-dan 23-dək FHN-in Tibb Xidmətinin Hospitalı tərəfindən keçirilən müayinələr zamanı Aran bölgəsində fəaliyyət göstərən yerli struktur bölmələrin əməkdaşları laborator və instrumental diaqnostik müayinələrdən keçirilib. Sağlamlıq problemləri aşkarlanan əməkdaşlara müvafiq müalicə kursları təyin edilib.
Qeyd olunub ki, FHN-in Tibb Xidməti əməkdaşların sağlamlıq vəziyyətini daim diqqətdə saxlayır. Bu məqsədlə Bakı ilə yanaşı, respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq dispanser müayinələr təşkil olunur, peşəkar həkimlər tərəfindən əməkdaşların sağlamlıq vəziyyəti qiymətləndirilir.
Belə müayinələr şəxsi heyətin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və profilaktikası, eləcə də əməkdaşların xidməti fəaliyyətinin səmərəliliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Nəşr edilib : 24.10.2026 12:19