NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

"FIFA Series - 2026" turnirinin qalibi olan Azərbaycan millisi mükafatlandırılıb

...

“FIFA Series – 2026” beynəlxalq turnirinin qalibi olan Azərbaycan milli komandası mükafatlandırılıb.

"Şərq qapısı" xəbər verir ki, mərasim turnirin oyunlarının keçirildiyi Sumqayıt şəhərində təşkil olunub.

Futbolçulara mükafatları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, qurumun baş katibi Cahangir Fərəcullayev və digər rəsmi şəxslər təqdim ediblər.

Yarışda ikinci yeri Azərbaycan yığmasına penaltilər seriyasında 8:9 hesabı ilə məğlub olan Syerra Leone tutub.

Bürünc medallar isə Sent Lüsiya komandasına verilib.

Turnirin ən yaxşısı futbolçusu Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyev seçilib.

Nəşr edilib : 30.03.2026 21:59