NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Fiziki hazırlıq və idman mütəxəssisləri ilə təlim-metodiki toplanış keçirilib

...

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, Heydər Əliyev adına Hərbi İnstitutda Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrinin fiziki hazırlıq və idman mütəxəssisləri ilə təlim-metodiki toplanış keçirilib.

"Şərq qapısı" xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, toplanışda fiziki hazırlıq məşğələlərinin planlaşdırılması, təşkili və keçirilməsi üzrə rəhbəredici sənədlərin tələbləri, həmçinin şəxsi heyətin fiziki hazırlığının yüksəldilməsi ilə bağlı tapşırıqlar iştirakçıların diqqətinə çatdırılıb.

Qoşun növləri üzrə fiziki hazırlığın ümumi vəzifələri və məzmunu ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib, eləcə də, kütləvi idman tədbirlərinin keçirilməsi metodikası barədə nəzəri və praktiki məlumatlar verilib.

Toplanışın yekununda zabitlərdən məqbullar götürülüb və müvafiq tapşırıqlar verilərək toplanışa yekun vurulub.

Nəşr edilib : 20.02.2026 18:13